Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlanıb, 3 nəfər saxlanılıb

Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlanıb, 3 nəfər saxlanılıb
# 09 oktyabr 2021 09:18 (UTC +04:00)

Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar polis üç nəfəri saxlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən biri birinci mərtəbədə yerləşən mənzilin sahibi, digər ikisi isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir.

Məlumatda qeyd olunub ki, mənzildə təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının ciddi surətdə pozulması binanın çökməsi ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR