Britaniya Kraliçası II Elizabet G7 və Aİ liderləri ilə görüşüb

Britaniya Kraliçası II Elizabet G7 və Aİ liderləri ilə görüşüb
# 12 iyun 2021 00:12 (UTC +04:00)

Bu gün Britaniyada başlayan G7 sammiti çərçivəsində Britaniya Kraliçası II Elizabet G7 və Aİ liderləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, görüşdə G7 liderlərindən başqa Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Şurasının sədri Şarl Mişel də iştirak edib.

Liderler daha sonra Kraliça ilə nahar ediblər.

Qeyd edək ki, ABŞ Prezident Co Bayden Kraliça ilə görüşən 13-cü ABŞ prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR