Britaniya və Avstraliya arasında sərbəst ticarət müqaviləsi imzalanıb

Britaniya və Avstraliya arasında sərbəst ticarət müqaviləsi imzalanıb
# 15 iyun 2021 14:16 (UTC +04:00)

Böyük Britaniya və Avstraliya arasında sərbəst ticarət müqaviləsi imzalanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Britaniyanın Baş naziri Boris Consonun ofisi məlumat yayıb.

Müqavilənin əsas şərtləri B. Conson və Avstraliyanın Baş naziri Scott Morrison tərəfindən “Downing Street"də razılaşdırılıb.

Tarifsiz satış müqaviləsinə görə, Britaniya avtomobillərinin, şotland viskisinin və qənnadı məhsullarının satışı daha ucuz olacaq. Eyni zamanda, müqavilə gənclərə Avstraliyada yaşamaq və işləmək imkanı təqdim edir, mövcud olan maneələri aradan qaldırır.

B. Conson yeni sərbəst ticarət razılaşmasının biznes, istehlakçılar və gənclər üçün çox gözəl imkanlar açdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR