Çexiyanın cənub-şərqində yerləşən Tişnov şəhərində bıçaqla silahlanmış kişi yaşayış binasına hücum edərək altı nəfərə müxtəlif dərəcələrdə xəsarət yetirib.
APA-nın məlumatına görə, bu barədə polis sözçüsü David Haloupka jurnalistlərə açıqlamasında bildirib.
“Xəsarət alanlar Brno şəhərindəki xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır”, deyə Haloupka vurğulayıb.
O, əlavə edib ki, artıq cinayətkar polis tərəfindən saxlanılıb. İstintaq qrupu hadisə yerinə cəlb edilib.