Dörd yaşlı Rusiya vətəndaşı Türkiyədə anidən dünyasını dəyişib

Dörd yaşlı Rusiya vətəndaşı Türkiyədə anidən dünyasını dəyişib
# 16 sentyabr 2021 06:10 (UTC +04:00)

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib.

APA REN TV-yə istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib.

Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib. İlkin məlumata görə, uşaq zəhərlənmə nəticəsində dünyasını dəyişib.

Valideynlər ölüm səbəbinin araşdırılması üçün Rusiya İstintaq Komitəsinə müraciət ediblər.
Uşağın cəsədi hazırda Türkiyədədir, lakin valideynləri cəsədinin lazımi müayinələr üçün Rusiyaya aparılmasında israr edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR