Gürcüstan MSK yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu”nun qalib gəldiyini açıqlayıb

Gürcüstan MSK yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu”nun qalib gəldiyini açıqlayıb
# 04 oktyabr 2021 17:12 (UTC +04:00)

Gürcüstanda yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 46,69 faiz səs çoxluğu ilə qalib gəlib.

APA-nın yerli bürosunun “Sputnik Georgia”ya istinadən verdiyi xəbərə görə, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 100 faizində səslərin hesablanmasının tamamlanmasından sonra dərc etdiyi məlumatında göstərilib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyası isə 30,7% səs toplayıb.

MSK-nın məlumatında qeyd olunub ki, 2 oktyabr seçkilərində üçüncü yeri 7,8 faiz səslə sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR