Gürcüstan XİN Azərbaycana başsağlığı verib 

David Zalkaliani

© APA | David Zalkaliani

# 01 dekabr 2021 13:07 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri David Zalkaliani helikopter qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı “Twitter” hesabında paylaşım edib.

“Mən dost ölkə Azərbaycanda faciəvi helikopter qəzası ilə bağlı ağrılı xəbərləri öyrəndim. Bu kədərli dövrdə Gürcüstan xalqı Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığımı ifadə edirəm. Yaralılara sürətlə şəfa tapmalarını arzu edirəm” , - deyə XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR