Gürcüstanda COVID-19-a yoluxanların sayı 356 mini keçib

Gürcüstanda  COVID-19-a yoluxanların sayı 356 mini keçib
# 16 iyun 2021 10:51 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 811 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 356 179, ölənlərin sayı isə 5 096 nəfərə çatıb. Virusa yoluxanlardan 341 775 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR