Gürcüstanda COVID-19-a yoluxanların sayı 664 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 664 mini ötüb
# 18 oktyabr 2021 10:32 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 479 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 664 813, ölənlərin sayı isə 9 510 nəfərə çatıb. Virusa yoluxanlardan 614 855 (92%) nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR