Gürcüstanda COVID-19-un “Hindistan ştammı”na daha 7 yoluxma halı təsdiqlənib

Gürcüstanda COVID-19-un “Hindistan ştammı”na daha 7 yoluxma halı təsdiqlənib
# 29 iyun 2021 12:38 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Hindistan ştammı”na (Delta) daha 7 yoluxma halı təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelizde bildirib.

Onun sözlərinə görə, Gürcüstanda virusun yeni ştammının yayılma nisbəti 10-20 faiz arası təşkil edir.

A. Qamkrelidze qeyd edib ki, dünyanın 85 ölkəsində qeydə alınan “Hindistan ştammı”na Gürcüstanda ümumilikdə 27 yoluxma halı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR