Gürcüstanda dağda iki əcnəbi alpinistin meyiti tapılıb

Gürcüstanda dağda iki əcnəbi alpinistin meyiti tapılıb
# 09 sentyabr 2021 11:50 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətin əməkdaşları axtarış əməliyyatları zamanı Uşba dağında iki əcnəbi alpinistin meyitini tapıblar.

APA-nın xəbərinə görə, DİN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, meyitlər Mestiya şəhərinə gətirilib, müvafiq prosedurlar aparılır.

Meyiti tapılanların hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

Mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, iki nəfərin itkin düşməsi barədə məlumat Xidmətə bir neçə gün əvvəl daxil olub.

Dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.

Qeyd edək ki, Moldova XİN sentyabrın 8-də Gürcüstanın Uşba dağına ekspedisiyaya gedən iki alpinistin itkin düşməsi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR