Gürcüstanda daha 4774 nəfər COVID-19-a yoluxub

Gürcüstanda daha 4774 nəfər COVID-19-a yoluxub
# 12 oktyabr 2021 10:39 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 774 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 640 357, ölənlərin sayı isə 9 306 nəfərə çatıb. Virusa yoluxanlardan 603 995 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR