Gürcüstanda daha 54 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 54 nəfər COVID-19-dan ölüb
# 10 sentyabr 2021 10:38 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 262 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 575 210, xəstəlikdən ölənlərin sayı isə 8 089 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 534 559 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR