Gürcüstanda koronavirusa yoluxanların sayı 330 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 330 mini ötüb
# 16 may 2021 10:52 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 969 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 330 375, ölənlərin sayı isə 4 442 nəfərə çatıb.

Virusa yoluxanlardan 308 821 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR