Gürcüstanda koronavirusa yoluxanların sayı 514 744 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 514 744 nəfərə çatıb
# 22 avqust 2021 10:53 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 803 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 514 744, ölənlərin sayı isə 6 771 nəfərə çatıb.

Virusa yoluxanlardan 448 288 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR