Gürcüstanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb
# 11 iyun 2021 10:55 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 695 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 352 649, xəstəlikdən ölənlərin sayı isə 5012 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 337 820 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR