Gürcüstanda son sutkada 4445 nəfər COVID-19-a yoluxub, 77 nəfər ölüb

Gürcüstanda son sutkada 4445 nəfər COVID-19-a yoluxub, 77 nəfər ölüb
# 12 noyabr 2021 11:40 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 445 yoluxma halı qeydə alınıb, 77 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 775 826, ölənlərin sayı isə 10 816 nəfərə çatıb.

Virusa yoluxanlardan 708 820 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR