Gürcüstanda son sutkada COVID-19-a 741 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 741 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb
# 17 iyun 2021 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 741 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 356 920, ölənlərin sayı isə 5 114 nəfərə çatıb. Virusa yoluxanlardan 342 720 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR