Hulusi Akar: “Əfqanıstanda fərqli vəziyyət yaranarsa, lazım olan planı tətbiq etməyə hazırıq”

Türkiyənin müdafiə naziri Hulusi Akar

© APA | Türkiyənin müdafiə naziri Hulusi Akar

# 18 avqust 2021 17:09 (UTC +04:00)

“Əfqanıstandakı hərbiçilərimiz üçün təhlükə müzakirə mövzusu deyil, onların təhlükəsizliyi üçün lazımı tədbirlər görülüb və bu təbirlərimiz davam edir”.

APA-nn yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “İDEF2021 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində bildirib.

Nazir deyib ki, Əfqanıstanda vəziyyət hər an dəyişə bilər, Türkiyə prosesi izləyir: “Hər hansı bir fərqli vəziyyət yaranarsa, lazım olan planı tətbiq etməyə hazırıq”.

H.Akarın sözlərinə görə, Türkiyə vətəndaşlarının bəzilərinin təxliyəsinə artıq başlanılıb “Təxliyə hava qüvvələrimizin təyyarələri ilə icra olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR