İsveçdə qadın ilk dəfə hökumətə rəhbərlik edəcək

Maqdalena Adersson

© APA | Maqdalena Adersson

# 24 noyabr 2021 14:22 (UTC +04:00)

İsveçin Sosial Demokrat Partiyasının lideri Maqdalena Adersson ölkənin ilk qadın Baş naziri olub.

APA-nın CNNturkə istinadən verdiyi xəbərə görə, keçmiş maliyyə naziri hakimiyyətdə olan Sosial Demokrat Partiyasının yeni lideri seçiləndən sonra parlamentin etimadını qazanaraq ölkənin ilk qadın baş naziri seçilib.

O, bu vəzifədə Stefan Löfveni əvəz edəcək.

Qeyd edək ki, noybarın 4-də Sosial Demokrat Partiyasının liderliyindən istefa verən sabiq Baş nazir yeni hökuməti qurması üçün maliyyə naziri Maqdalena Anderssonu məsləhət görmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR