İsveçrədə koronavirusun beşinci dalğası risk yaradır

İsveçrədə koronavirusun beşinci dalğası risk yaradır
# 18 noyabr 2021 04:38 (UTC +04:00)

İsveçrədə koronavirus pandemiyasının beşinci dalğası peyvənd olunmayanları təhdid edir.

APA-nın “Le Monde”a istinadla xəbərinə görə, hökumət həftə sonu Covid-19-la mübarizə üçün yeni planlarını açıqlayacaq.

Konfederasiyada yenidən məhdudiyyətlərin tətbiqi ehtimalı böyükdür. Buna səbəb vaksinləmə prosesinin ləngiməsidir. Proses ilk vaxtlarda sürətlə getsə də, son 2 həftədə 65% həddini keçməyib. Əhalini peyvənd olunmağa təşviq etmək üçün ötən həftədən etibarən pulsuz PSR testləri dayandırılıb. Xəstəxanaya isə əksər hallarda peyvənd olunmayanlar müraciət edirlər.

Yayda gündəlik yoluxma hallarının 15-20 nəfərə düşdüyü Konfederasiya son günlərdə yoluxma sayına görə Avropada ilk sıralarda yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR