İtaliyada funikulyorda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

İtaliyada qəza nəticəsində yerə düşən funikulyor kabineti

© APA | İtaliyada qəza nəticəsində yerə düşən funikulyor kabineti

# 23 may 2021 18:04 (UTC +04:00)

İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Agentlik bildirir ki, hadisə qurbanlarının sayı 13 nəfərə də yüksələ bilər.

Saat 17:18

İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində səkkiz nəfər ölüb, iki uşaq ağır yaralanıb.

APA bildirir ki, bu barədə ANSA agentliyi hadisə yerində işləyən xilasedicilərə istinadən məlumat verib. Bildirilir ki, ən azı 11 nəfərin olduğu bir kabində kəndirin qırılması nəticəsində funikulyor qəzaya uğrayıb.

Vəziyyəti ağır olan uşaqlar xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edilir ki, funikulyor pandemiya səbəbindən qış mövsümü boyunca bağlı olub. Yalnız bu həftə sonu dağ kurortlarında fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR