KİV: Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadacaq

KİV: Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadacaq
# 08 dekabr 2021 16:55 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölklərin liderləri bu ilin dekabrın 16-17-də keçiriləcək sonuncu sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətininin uzadılması barədə siyasi qərar qəbul edəcəklər.

APA-nın xəbərinə görə, TASS bu barədə diplomatik mənbəyə istinadən yazıb.

"İclasda Ukrayna münaqişəsi ilə bağlı Minsk Razılaşmalarının icrası məsələsinə toxunulacaq, bu kontekstdə liderlərin Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması üçün yaşıl işıq yandıracağı gözlənilir, çünki biz bu istiqamətdə heç bir irəliləyiş görmürük. Əksinə vəziyyət daha da gərginləşir", - diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammitdən sonra yaxın həftələrdə Brüssel sanksiyaların uzadılması ilə bağlı rəsmi olaraq qərar verəcək, daha sonra bu qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR