KİV: Milanda yaşayış binası yanıb, 100 nəfər təxliyə edilib

KİV: Milanda yaşayış binası yanıb, 100 nəfər təxliyə edilib
# 26 sentyabr 2021 03:28 (UTC +04:00)

Şənbə günü axşam Milanın qərbində yerləşən yaşayış binasında yanğın baş verib.

APA “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, yanğınsöndürənlər təxminən 100 sakini binadan təxliyə edib.

Yanğının səbəbi hələ müəyyən edilməyib. İki mənzil tamamilə yanıb.

Xatırladaq ki, bu ilin avqust ayının sonunda Milanda 15 mərtəbəli yaşayış binasında yanğın olub. Yanğın binanın fasadını tamamilə məhv etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR