Litva DİN hökumətə Belarusla sərhəddə fövqəladə vəziyyətin tətbiq edilməsini təklif edib

Aqne Bilotaite

© APA | Aqne Bilotaite

# 27 iyul 2021 16:04 (UTC +04:00)

Litvanın Daxili İşlər Nazirliyi Belarus sərhədindən ölkə ərazisinə keçən kütləvi qanunsuz miqrant axını ilə əlaqədar hökumətə Litvanın Belarusla sərhəd ərazilərində fövqəladə vəziyyətin tətbiq edilməsini təklif edib.

APA-nın "delfi.lt"yə istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotaite mətbuat konfransında deyib.

"Daxili İşlər Nazirliyi vəziyyəti qiymətləndirmək və fövqəladə vəziyyət elan etmək üçün təklif irəli sürüb", - deyə o bildirib.

Nazir vurğulayıb ki, vəziyyət hərtərəfli şəkildə qiymətləndirilməlidir.

İlin əvvəlindən indiyədək Litva-Belarus sərhədində Asiya və Afrikadan olan 2839 qeyri-qanuni mühacir saxlanılıb ki, bu da 2020-ci illə müqayisədə 35 dəfə çoxdur. May ayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin narkotiklərin və qanunsuz miqrantların qonşu dövlətə keçməsində bir maneə rolunu oynadığını bildirib, lakin Qərbin siyasi təzyiqlərini nəzərə alaraq, Minskin bu rolu davam etdirməsinin mənasız olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR