Litva Prezidenti Gürcüstana səfər edib

Litva Prezidenti Gitanas Nauseda

© APA | Litva Prezidenti Gitanas Nauseda

# 10 iyun 2021 15:13 (UTC +04:00)

Litva Prezidenti Gitanas Nauseda Gürcüstana səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, Litva Prezidenti səfər çərçivəsində gürcüstanlı həmkarı Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava və Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia ilə görüşəcək.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, Litva Prezidentinin səfəri bu ölkənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək mesajı verir. Qeyd edib ki, görüşün zamanlaması olduqca vacibdir, çünki regiondakı yeni geosiyasi mənzərə tərəfdaş ölkələrlə davamlı koordinasiya və kommunikasiyanı tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR