Makron: “Avropa özünü müdafiə etmək gücünə malik olduğunu göstərməlidir”

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 28 sentyabr 2021 13:59 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Avropanı öz maraqlarının müdafiəsi və hərbi potensialının inkişafı məsələsində sadəlövh olmamağa çağırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropalılar sadəlövhlükdən əl çəkməlidir. Zaman-zaman mövqelərini sərtləşdirən güclərin təzyiqi altında olduğumuz vaxt reaksiya verməli və özümüzü müdafiə etmək gücünə və qabiliyyətinə malik olduğumuzu göstərməliyik. Məsələ vəziyyəti gərginləşdirmək deyil, özümüzü qorumaqdır”, - E. Makron qeyd edib.

Fransa Prezidenti bu yanaşmanın ABŞ-la müttəfiqliyə alternativ və ya əvəzedici olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR