Merkel Britaniyadan Aİ-yə girişin məhdudlaşdırılmasını təklif edib

Merkel Britaniyadan Aİ-yə girişin məhdudlaşdırılmasını təklif edib
# 28 iyun 2021 12:34 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel COVID-19 infeksiyasının "Delta" ştammının Böyük Britaniyada sürətlə yayılması ilə əlaqədar bu ölkədən Avropa İttifaqına (Aİ) girişin məhdudlaşdırılmasını təklif edib.

APA-nın "Times" nəşrinə istinadən verdiyi xəbərə görə, o, bunu avropalı həmkarları ilə müzakirə edəcək.

Nəşrin məlumatına görə, Almaniya kansleri Britaniyanı COVID-19-la bağlı “narahatlıq doğuran ölkə” elan etmək niyyətindədir. Giriş qadağasının COVID-19-a qarşı peyvənd olunmuş şəxslərə də aid ediləcəyi qeyd olunur.

Bildirilib ki, Yunanıstan, İspaniya, Kipr, Malta və Portuqaliya A. Merkelin bu təklifinə müqavimət göstərəcək.

O da bildirilib ki, Britaniyanın Baş naziri Boris Conson A. Merkellə görüşdə onu bu qərarı yenidən nəzərdən keçirməyə inandırmağa çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR