Niderlandda məktəb binası uçub 

Niderlandda məktəb binası uçub 
# 19 iyun 2021 12:13 (UTC +04:00)

Niderlandda məktəb binası uçub.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, Antverpen şəhərində ibtidai məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə işləri aparılır. “Belga” agentliyi 5 nəfərin taleyinin naməlum olduğunu yazıb.

Hadisə məktəbdə təmir işləri aparılarkən baş verib. Xəsarət alanların hamısı təmir xidmətinin əməkdaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR