Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan edib

Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan edib
# 02 sentyabr 2021 17:10 (UTC +04:00)

Polşanın Belarusla sərhədində fövqəladə vəziyyət rejimi elan edilib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Polşa Prezidenti Andjey Duda bununla bağlı sərəncam imzalayıb.

Fövqəladə vəziyyət rejimi qanunsuz miqrantlarla əlaqədar olaraq tətbiq edilib.

Belarusla sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini Nazilər Kabineti Prezident A. Dudadan xahiş edib.

Fövqəladə vəziyyət rejimi 30 gün ərzində qüvvədə olacaq, onun müddəti uzadıla da bilər.

Son məlumatlara görə, bu il avqustun ayının əvvəlindən Belarusdan Polşa sərhədini qanunsuz keçməyə üç mindən çox cəhd edilib. 2020-ci il ərzində isə bu rəqəm 120 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR