Roma Papasının Macarıstana və Slovakiyaya səfəri başlayır

Roma Papasının Macarıstana və Slovakiyaya səfəri başlayır
# 12 sentyabr 2021 07:17 (UTC +04:00)

Roma Papası Fransis Macarıstana və Slovakiyaya səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Papanın hazırkı səfəri daha çox ekumenik xarakter daşıyır.

Papanın Budapeşt səfərinin əsas məqsədi buradakı Qəhrəmanlar Meydanında keçirilən 52-ci Beynəlxalq Euxaristik Konqresin bağlanış mərasimində iştirak etməkdir. Roma Katolik Kilsəsinin başçısının bu tədbirdə iştirakının nadir hadisə olduğu bildirilib.

Mətbuat xidmətinin rəhbəri Matteo Bruninin sözərinə göə, Papa Fransis Budapeştə qısa səfəri çərçivəsində ölkə Prezidenti Yanos Ader və Baş nazir Viktor Orban da daxil olmaqla Macarıstan rəhbərliyinin nümayəndələri ilə görüşəcək: “Görüşlər rəsmi xarakter daşıyır və mətbuata qapalı olacaq. Budapeşt səfəri daha çox dini xarakter daşıyır, heç bir siyasi mahiyyəti yoxdur. Papanın ölkə rəhbərliyi, vətəndaş cəmiyyəti və diplomatik korpus nümayəndələri qarşısında açıq çıxış etməyəcək. Eyni zamanda, ekumenik şura üzvləri və Macarıstan yəhudi icmasının nümayəndələri ilə görüş nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR