Sardiniyada meşə yanğınının söndürülməsinə 7,5 min canlı qüvvə, 7 təyyarə, 13 helikopter cəlb edilib

Sardiniyada meşə yanğınının söndürülməsinə 7,5 min canlı qüvvə, 7 təyyarə, 13 helikopter cəlb edilib
# 25 iyul 2021 22:12 (UTC +04:00)

İtaliyanın Sardiniya adasında güclü yanğınlar səbəbindən, təxminən 400 nəfər təxliyə edilib.

APA “SkyTg24”ə istinadən xəbər verir ki, hadisə adanın Oristano vilayətini əhatə edib.

Bildirib ki, yanğına səbəb Afrikadan gələn isti hava kütlələri olub. Havanın temperaturu 40 dərəcəyə yüksəldikdən sonra əvvəlcə quru otlaq sahədə yanğın başlayıb. Yanğın sürətlə kollara və ağaclara da keçib. Alov qısa müddət ərzində yaxınlıqdakı bir sıra şəhər və kəndlərə də çatıb. Sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb.

İtaliya Mülki Müdafiə xidməti yanğının söndürülməsinə, təxminən 7,5 min nəfər, 7 xüsusi təyyarə və 13 helikopter cəlb edib.

Rəsmi məlumata görə, ysanğın 10 min hektara yaxın yaşıllıq sahəsini məhv edib, bir neçə sənaye və yaşayış binası yanıb, mal-qara tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR