Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Nikola Sarkozi

© APA | Nikola Sarkozi

# 30 sentyabr 2021 14:08 (UTC +04:00)

Fransanın sabiq Prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Paris məhkəməsi sabiq prezidenti 2012-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilib.

N. Sarkozi müasir tarixdə Fransanın iki dəfə həbs edilən ilk dövlət başçısı olub.

Məhkəmənin qərarına görə N. Sarkozi həbs müddətini elektron qolbaq taxacaq.

Sabiq prezidentlə yanaşı 13 nəfər də iş üzrə təqsirli bilinib.

Qeyd edək ki, Fransanın yerli qanunvericiliyinə görə seçki kampaniyasına xərclənəcək maksimum məbləğ 24 milyon ABŞ dolları müəyyən edilib, lakin N. Sarkozinin bu istiqamətdə saxta fakturalarla 54 milyon dollardan çox vəsait xərclədiyi müəyyən edilib.

Xatırladaq ki, bu, N. Sarkozinin barəsində ikinci cinayət işidir. Bu ilin martında məhkəmə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək ona 3 il həbs cəzası verib, daha sonra həbs cəzasından 2 il silinib.

***

saat 13:22

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinməsi barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə RİA “Novosti” məlumat yayıb.

Hakimi hökmü oxumağa davam edir, cəza açıqlanmayıb.

Nikola Sarkozi məhkəmə iclasında iştirak etmir, onu vəkili təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR