Şarl Mişel və Vladimir Putin arasında telefon danışığı olub

Şarl Mişel və Vladimir Putin

© APA | Şarl Mişel və Vladimir Putin

# 08 sentyabr 2021 14:50 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Şarl Mişel özünün "Twitter" hesabında paylaşım edib.

Bildirib ki, söhbət zamanı Ermənistan-Azərbaycan nizamlanmasının perpsektivlərinə dair fikir mübadiləsi aparılıb, etimadyaratma və dialoqa ehtiyac vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin Əfqanıstanda son vəziyyət barədə fikir mübadiləsi aparıılb, Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR