Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirir - FOTO

Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirir - FOTO
# 13 noyabr 2021 18:31 (UTC +04:00)

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının tərəfdarları paytaxt Tbilisidə növbəti etiraz aksiyası keçirir.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin binası qarşısına toplanan müxalifət tərəfdarları həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini tələb edirlər.

Aksiya səbəbi ilə parlament binasının qarşısında Ş. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, etirazçılar arasında saxlanılanların olduğu bildirilir. Əraziyə çox sayda polis cəlb edilib.

Xatırladaq ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə saxlanılan M. Saakaşvili keçirdiyi aclıq aksiyası səbəbi ilə noyabrın 8-də Qldani penitensiar xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR