Türkiyə və Yunanıstan arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Türkiyə və Yunanıstan arasında danışıqların növbəti mərhələsi keçiriləcək
# 01 oktyabr 2021 14:12 (UTC +04:00)

Türkiyə və Yunanıstan arasında danışıqların növbəti mərhələsi keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında danışıqların 63-cü mərhələsi oktyabrın 6-da Ankarada baş tutacaq.

Qeyd edək ki, Yunanıstan və Türkiyə arasında Aralıq dənizinin şərqinin yurisdiksiyası, hava məkanı, enerji, Kipr və Egey dənizindəki adaların statusu ilə əlaqədar fikir ayrılığı var. Davam edən gərginlikdən sonra beş illik fasilənin ardınca tərəflər bu ilin yanvarında danışıqları bərpa etməyə razılıq verib.

O vaxtdan Ankara və Afina iki dəfə danışıqlar keçirib, danışıqlar mart ayında Afinada baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR