Türkiyədə 7 avtomobil toqquşub, yaralılar var

Türkiyədə 7 avtomobil toqquşub, yaralılar var
# 04 sentyabr 2021 13:42 (UTC +04:00)

Türkiyənin Sakarya vilayətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Sapanca rayonunda 7 nəqliyyat vasitəsi toqquşub. Belə ki, İstanbul istiqamətində hərəkətdə olan avtobus digər avtobusa çırpılıb, onun arxasınca gələn 2 minik avtomobili, 2 ticarət xidməti göstərən nəqliyyat vasitəsi və bir ağırtonnajlı yük maşını (TIR) toqquşaraq qəza törədiblər.

Avtobuslarda olan sərnişinlərdən 10-u xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR