Türkiyədə bu gün koronavirusdan 217 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 217 nəfər ölüb
# 25 avqust 2021 20:52 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 296 711 nəfər test edilib, onların 16 651-nin koronavirus testi pozitiv nəticə verib, 15 833 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 91 081 547 peyvənd tətbiq edilib ki, bunun da 75,64 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR