Türkiyədə bu gün koronavirusdan 57 nəfər dünyasını dəyişib

Türkiyədə bu gün koronavirusdan 57 nəfər dünyasını dəyişib
# 22 iyun 2021 21:55 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı dünənlə müqayisədə daha 6 nəfər artaraq, 57 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 238 nəfər test edilib, onların 6143-nün koronavirus testi pozitiv nəticə verib, 5214 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 791 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 293 nəfərin öldüyü təsdiqlənib.

Türkiyədə indiyədək 5 381 736 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 242 945 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR