Ukrayna XİN Putin-Bayden danışıqlarına münasibət bildirib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 08 dekabr 2021 14:08 (UTC +04:00)

"ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar çəkindirmə və gərginliyi azaltmağa imkan verdi."

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba ABŞ-ın Rusiyanı danışıqlar masasına gətirmək səylərini alqışlayıb.

"Əlaqənin özü çəkindirmə və gərginliyin azaldılmasına xidmət edir. Biz ABŞ-ın Rusiyanı danışıqlar masasına qaytarmaq səylərində mühüm diplomatik iştirakını yüksək qiymətləndiririk", -deyə Ukrayna XİN başçısı bildirib.

Kuleba əlavə edib ki, əsas prioritet Moskvanın növbəti hərbi eskalasiyasının qarşısını almaq üçün çəkindirmə paketinin hazırlanmasıdır.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti də Putin-Bayden görüşü ilə bağlı rəsmi açıqlama verib.

“Əminik ki, Rusiya Prezidenti Vladimir Putin dünənki zəngdə Rusiyanın Ukrayna sərhədində və regionda eskalasiyası ilə bağlı çox aydın və güclü siqnallar eşitdi. Bir sıra hallarda bizim amerikalı tərəfdaşlarımız artıq Moskvaya açıq şəkildə bildirdib ki, gələcək hərbi "macəralar" Moskva üçün çox baha başa gələcək” – deyə açıqlamada deyilir

Ukrayna XİN-i ABŞ və Avropadakı tərəfdaşları ilə Rusiya təhlükəsinə qarşı əməkdaşlıq edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR