Yens Şpan: “Almaniyada əksəriyyət ya peyvənd olunmalıdır, ya da qışın sonunadək ölməlidir”

Yens Şpan: “Almaniyada əksəriyyət ya peyvənd olunmalıdır, ya da qışın sonunadək ölməlidir”
# 23 noyabr 2021 08:24 (UTC +04:00)

“Almanların böyük əksəriyyəti ya koronavirusa qarşı peyvənd olunmalıdır, ya da qışın sonuna qədər ölməlidir”.

APA AFP-yə istinadən xəbər verir ki, bunu Almaniyanın Səhiyyə naziri Yens Şpan bildirib.

Nazir əlavə edib ki, Almaniyada bir çox xəstəxanalarda çox çətin vəziyyət yaranıb.

Qeyd edək ki, Almaniyada son həftələrdə COVID-19-a yoluxma halları kəskin artıb. Robert Koç İnstitutunun prezidenti Lotar Uilerin sözlərinə görə, hazırda ölkədə 500 mindən çox aktiv koronavirus xəstəsi var.

“Almaniya böyük bir epidemiya bölgəsidir. Bu, milli fövqəladə vəziyyət deməkdir”, deyə Uiler bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR