Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 13 dekabr 2019 09:12 (UTC +04:00)

Dekabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,79% – 28,132.05 bəndədək, S&P 500 indeksi 0,86% – 3,168.57 bəndədək, Nasdaq indeksi isə 0,73% – 8,717.32 bəndədək, yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 12-də FTSE 100 indeksi 0,79% – 7,273.47bəndədək, Almaniya DAX-ı 0,57% – 13,221.64 bəndədək, Fransa CAC-40 isə 0,40% – 5,884.26 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 471,6 dollara bərabər olub.

Dekabrın 12-da dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1,1130 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR