Neft "OPEC+"ın iclası ərəfəsində bahalaşıb

Neft "OPEC+"ın iclası ərəfəsində bahalaşıb
# 01 sentyabr 2021 09:27 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,68% artaraq 1 barelə 72,12 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,73% artaraq 69 dollar təşkil edib.

Xatırladaq ki, bu gün "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində bir neçə iclasın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR