Hikmət Hacıyev: “Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”

#
# 15:06
15 oktyabr 2020

“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR