Türkiyə XİN Ermənistan ordusunun Naxçıvana raket zərbəsi endirməsi ilə bağlı bəyanat yayıb

#
# 18:13
16 oktyabr 2020

Türkiyə Ermənistan qoşunlarının işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu qətiyyətlə pisləyir.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan işğal etdiyi ərazilərdə aldığı ard-arda məğlubiyyətlərlə əlaqədar hər gün daha da aqressivləşir: “Ortaq sərhədlərimizin olduğu Naxçıvan Muxtar Respublikasına yönələn hücum Ermənistanın münaqişənin Azərbaycanın işğal olunmuş ərazilərindən kənara yaymaq cəhdlərinin sübutudur. Ermənistan bu təxribatları dayandırmalıdır. Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücum etməklə hərbi cinayət törədib, indi isə münaqişəni başqa müstəvilərə keçirməyə çalışır. Ermənistan bu hücumların nəticələrini göz önünə almalıdır”.

Nazirlik Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR