Britaniyada yaşayan azərbaycanlılar Şuşanın azad edilməsi münasibətilə avtoyürüş keçirib

Britaniyada yaşayan azərbaycanlılar Şuşanın azad edilməsi münasibətilə avtoyürüş keçirib
# 09 noyabr 2020 12:08 (UTC +04:00)

Böyük Britaniyada yaşayan azərbaycanlılar Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirib.

APA-nın Britaniya müxbirinin verdiyi xəbərə görə, Londonun mərkəzi küçələrində keçirilən avtoyürüş zamanı Azərbaycan bayraqları qaldırılıb, yol boyunca “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

Daha sonra avtoyürüş iştirakçıları Azərbaycanın Britaniyadakı səfirliyində toplanıb. Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan-Böyük Britaniya Parlament Dostluq qrupunun sədri Cavanşir Feyziyev səfirlik binasında yürüş iştirakçılarını qarşılayıblar.

Səfir Tahir Tağızadə bildirib ki, Şuşa Azərbaycanın döyünən ürəyidir və bu ürək yenidən döyünməyə başlayıb. O, icma üzvlərinə öz təşəkkürlərini bildirib.

C. Feyziyev də icma nümayəndələrini Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib, milli mahnılar oxunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR