Hikmət Hacıyev: “Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır”

Hikmət Hacıyev: “Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır”
# 15 noyabr 2020 14:59 (UTC +04:00)

“Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qaquni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var: “Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə maddi-mədəni irsi talan edən və Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, məscidlərdə donuzlar belə saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın Barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR