Avropa Parlamentinin binasında Azərbaycan Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclası keçirilir
14 dekabr 2006 09:35 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və Milli Məclisin üzvləri iştirak ediblər. İclasa parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Mari Ann İsler Beqin sədrlik edib. Bundan başqa müzakirələrə Avropa İttifaqı adından qurumun Mərkəzi Asiya, Şərqi Avropa və Rusiya üzrə departamentin baş direktor müavini Klaus Korhonen və Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini də qatılıb. Toplantıda Avropa Qonşuluq Siyasəti və Azərbaycan Avropa İttifaqı arasında tərəfdaşlığın mövcud durumu, bu sahədə irəliləyişlər, Azərbaycanda siyasi vəziyyət, insan haqları və demokratik inkişaf, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı məsələləri, sosial təhlükəsizlik sistemində islahatlar, ətraf mühitin qorunması məsələləri müzakirə olunub. Milli Məclisin üzvləri bu mövzular barədə toplantı iştirakçılarına geniş məlumat verib və Avropa İttifaqı təmsilçilərinin suallarını cavablandırıblar. Azərbaycan Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclası bu gün günorta saatlarında başa çatacaq və Azərbaycan nümayəndə heyətinin üzvləri axşam saatlarında Bakıya qayıdacaqlar. /APA/
Daxili siyasət
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024
YAP sədrinin müavini parlament seçkilərinin vaxtının irəli çəkilməsi məsələsinə münasibət bildirib
10:39
10 may 2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:00
10 may 2024