Deputat: “28 may tarixini Müstəqillik Günü kimi qeyd etməyimiz zəruri idi” 

Milli Məclis

© APA | Milli Məclis

# 11 oktyabr 2021 11:57 (UTC +04:00)

“Ömründə bir qarış torpaq azad etməyənlərin ağız büzməsi onlara başucalığı gətirmir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belələri Şuşaya getməkdən imtina etməkdənsə, qələbəyə kölgə salmaqdansa, əməkdaşlıq etdikləri xarici təşkilatlara təsir göstərsinlər: “Qoy gördükləri işlərdən, göndərdikləri məktublardan danışsınlar. Yoxsa küncdə-bucaqda xaricilərin xoşuna gələn sözlər danışıb xəyanətə bənzər hərəkətlə xətir-hörmət qazanmasınlar. Maraqlıdır ki, Azərbaycanda olan 3-4 partiya, bir də xaricdə oturub tərbiyəsizlik edənlər bir günlərini belə Ermənistan lobbisinə həsr edir. Sivil siyasi mübarizə aparmaq əvəzinə müxalifətçiliyi Prezident İlham Əliyevə qarşı çirkin mübarizə aparmaqda görürlər. Prezident, digər bütün siyasi qüvvələr və hökumət təşkilatları düşmənlərə qarşı, bunlar isə Prezidentə və hər kəsə qarşı! Məgər biz, burada oturan müxalif siyasi partiyalar mübarizə aparmırıq? Biz siyasi mübarizə aparırıq. Onların dırnaqarası mübarizəsi isə siyasi yox, qarayaxma, gözdənsalma və namərdcəsinə zərbə etdirməkdir”.
Deputat vurğulayıb ki, savadsız yaramazlar, ailə tərbiyəsi görməyən namərdlər ayın 30 gününün hamısını söyüşə, təhqirə həsr edir: “Bir gününüzü də Qarabağa həsr edin. Erməni havadarlarının ofislərinin önündə etiraz edin, piket keçirin. Maraqlıdır ki, hələ bəzi ölkələr bu yaramaz tərbiyəsizləri müdafiə edir. Zaman gələcək ki, sizlərin hamısı o dırnaqarası məşhur Maqsud kimi ölkəyə gətirilib mühakimə ediləcəksiniz. Amma, özünə hörmət qoyan bir şəxs belə sizi müdafiə etməyəcək”.
Deputat Hikmət Babaoğlu qeyd edib ki, müstəqilliyin bərpa olunması ifadəsi bütün dünyaya bəyan edir ki, biz 30 il əvvəl müstəqilliyimizi bərpa etmişik: “Biz çox daha əvvəllər müstəqil olmuşuq, 28 may tarixini Müstəqillik Günü kimi qeyd etməyimiz zəruri idi. Bununla bağlı cəmiyyətdə qeyri-adekvat görünüş yaradılır. Müstəqillik və istiqlal sözlərinin hər ikisi dilimizdə çox işlənir. Biz həmin günü Müstəqillik Günü kimi qeyd etməliyik. Əcdadlarımız da bu məntiqə əsaslanıb, İstiqlal Bəyannaməsi qəbul ediblər. İstiqlal və müstəqillik sözü ərəbcədən eyni kökdən gəlir. Bu dəyişikliklər tarixi reallığımızın bugünkü müstəqilliklə uzlaşması baxımından olduqca doğrudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR