Əli Hüseynli deputatın vəzifəli şəxs olub-olmaması barədə məsələyə aydınlıq gətirib

Əli Hüseynli deputatın vəzifəli şəxs olub-olmaması barədə məsələyə aydınlıq gətirib

© APA | Əli Hüseynli

# 03 avqust 2021 12:23 (UTC +04:00)

“Deputat həmkarlarım arasında deputatın vəzifəli şəxs olması ilə bağlı mübahisəli fikirlər səsləndirildi”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına münasibət bildirən Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli söyləyib.

Ə. Hüseynli deyib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir: “Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar deputatın vəzifəli şəxs sayılmadığını bildirib, bu halda deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasını mübahisəli hesab ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR